Zəlzələdə ölənlərin sayı 23-ə çatdı

Zəlzələdə ölənlərin sayı 23-ə çatdı

Ötən gün Albaniyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 23-ə çatıb.

Bu barədə "Faktor" saytı yazıb.

Ən azı 659 nəfərin yaralandığı bildirilib.

"Dağıntılar altında qalanların olduğu ehtimal edilir, ona görə də ölənlərin sayı hər an arta bilər", - sayt qeyd edib.

Qeyd edək ki, dünən Albaniyanın paytaxtı Tirana yaxınlığında 6.4 bal gücündə zəlzələ zəlzələ baş vermişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31