Çexiya kommunist liderlərə cinayət işi açdı
Çexiya kommunist liderlərə cinayət işi açdı
27 Noyabr 2019 11:28 DünyaÇexiya hüquq mühafizə orqanları Çexoslovakiya Sosialist Respublikasının liderlərinə qarşı cinayət işi açıb.
Bu məlumatı Çexiya Baş Prokurorluğu yayıb. Məlumata görə, cinayət işi Kommunist Partiyasının keçmiş baş katibi Miloş Yakeşə, keçmiş hökumət rəhbəri Lyubomir Ştrouqaluya və keçmiş Daxili İşlər naziri Vratislav Vaynerə qarşı açılıb.
Onların öz səlahiyyətlərini aşmaqda ittiham edildiyi vurğulanıb. Belə ki, bu şəxslərin hakimiyyəti dönəmində Çexoslovakiya sərhədçilərinin sərhədi qanunsuz keçən yerli vətəndaşlara qarşı odlu silahdan istifadə etdikləri bildirilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31