Taliban nümayəndələri İrana gəldi

Taliban nümayəndələri İrana gəldi

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tehranda Taliban hərəkatının nümayəndələri ilə görüşüb.

Bu məlumatı Talibanın mətbuat katibi Suhayl Şahin yayıb. O, Tehrana gedən nümayəndə heyətinə hərəkatın rəhbərinin müavini və Qətərdəki siyasi ofisinin rəhbəri molla Bəradar Axundun rəhbərlik etdiyini deyib.

Şahin tərəflərin görüş zamanı Əfqanıstandakı sülh prosesini müzakirə etdiklərini bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31