Trampın xanımına etiraz etdilər – Bəyanat yaydı

Trampın xanımına etiraz etdilər – Bəyanat yaydı

ABŞ prezidentinin həyat yoldaşı Melaniya Trampın Baltimor şəhərindəki çıxışı etirazla qarşılanıb.

Ölkənin birinci xanımının narkotik tərkibli maddələrlə bağlı çıxışına laqeyd münasibət göstərilib.

Çıxışının əvvəlində salonda müəyyən qədər səssizlik olsa da, sonradan sükut tamamilə pozulub. Olaydan bir neçə saat sonra yazılı müraciət yayan Melaniya Tramp bunları deyib:

"Biz demokratik bir ölkədə yaşayırıq, hər kəsin ayrı fikri ola bilər, amma ölkəmnizdə ciddi bir böhran var. Mən uşaqları narkotik maddələrdən istifadədən yayındırmaq fəaliyyətimi davam etdirəcəyəm".

Prezident Donald Tramp bundan əvvəl Baltimoru Konqresdə təmsil edən demokrat senator Eliyah Kumminqə qarşı ağır ittihamlar irəli sürmüşdü. O, Baltimorun siçanlar tərəfindən işğal edildiyini demişdi.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31