Ankara Rusiyaya qarşı hərbi planı pozdu – Şok gəlişmə

Ankara Rusiyaya qarşı hərbi planı pozdu – Şok gəlişmə

Türkiyə Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara dəstək verməməsi səbəbindən NATO-nun Baltikyanı ölkələr və Polşanın müdafiə planlarına mane olur.

Olaylar.az  xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Məlumata görə, rəsmi Ankara NATO-nun YPG terror təşkilatına qarşı aparılan əməliyyatlara lazım olan dəstəyi verənə qədər bu plandan imtina edib. Habelə alyansın qarşısına qoyulan əsas şərtlərdən biri də ittifaqın YPG-ni terror təşkilatı kimi tanıması ilə bağlıdır.

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi münasibət bildirmədiyi məsələnin gələn həftə NATO-nun Londonda keçiriləcək toplantısında müzakirə olunacağı bildirilib.

NATO Baltikyanı ölkələr və Polşanı Rusiyanın ehtimal olunan hərbi müdaxiləsinə qarşı müdafiə məsələsində bir plan həyata keçirmək istəyir. Ağ Evdəki diplomatik mənbəyə istinadən xəbər yayan "Röyters" Türkiyənin iştirakı olmadan bu planının reallaşmasının mümkün olmayacağını yazıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31