Pedofil 9 yaşlı qızı məktəbdən çıxarkən belə qaçırdı - Hadisənin FOTOları
Pedofil 9 yaşlı qızı məktəbdən çıxarkən belə qaçırdı - Hadisənin FOTOları
26 Noyabr 2019 17:49 DünyaRusiyanın İrkutsk şəhərində 9 yaşlı bir qız uşağının qaçırılma anı kameralara düşüb.
9 yaşlı şagirdin məktəbin önündən qaçırılma anı kameralara düşüb. Azyaşlı qızın qışqırtısını eşidən bir yeniyetmə və ətrafdakı insanlar maşını təqib edərək qızı xilas etməyi bacarıblar. Şübhəli şəxs avtomobili ilə qaçmağı bacarıb. Lakin qızı onu qaçıran şəxsin əlindən alan lisey şagirdinin şübhəlinin əlamətlərini bildirməyindən qısa zaman sonra polis onu ələ keçirə bilib.
Qızı xilas edən 16 yaşlı lisey şagirdi Daxili İşlər Nazirliyi tərəfindən təltif efilib.
Polisin açıqlamasında saxlanılan 48 yaşlı şəxsin pedofil olduğu bildirilib. O, əvvəl də iki dəfə azyaşlılara qarşı eyni hərəkətindən dolayı məhbus həyatı yaşadığını bildirib. Onun 12 il azadlıqdan məhrum olunmağının tələb edildiyi bildirilir.
Milli.Az

