Ərəb Birliyindən ABŞ-a: Hörmətsizlikdir...

Ərəb Birliyindən ABŞ-a: Hörmətsizlikdir...

Ərəb Birliyi ABŞ-ın İsrailin İordan çayının qərb sahilində inşa etdiyi yaşayış məntəqələrinin qanuni olması ilə bağlı qərarını qınayıb.

Bu barədə Ərəb Birliyi Şurasının Qahirədə keçirilən toplantısında bəyanat yayılıb.

Şuranın bəyanatında ABŞ-ın qərarının etibarsız və hökmsüz olduğu vurğulanıb.

Şura ABŞ rəhbərliyinin qərarlara birtərəfli yanaşmasını Yaxın Şərqdə və dünyada təhlükəsizliyə, sülhə, sabitliyə qarşı təhdid və beynəlxalq sistemə misli görünməmiş hörmətsizlik kimi qiymətləndirib.

Toplantıda həmçinin İsrailin Qəzza zolağına hücumları, sui-qəsd siyasəti və fələstinlilərin evlərinin bombalanması şiddətlə qınanılıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31