Sevgisinə qarşılıq tapmayan şagird sinif yoldaşlarını silahla hədələdi
Sevgisinə qarşılıq tapmayan şagird sinif yoldaşlarını silahla hədələdi
26 Noyabr 2019 16:17 DünyaNoyabrın 25-də Moskvadakı məktəblərdən birinin hüquqşünası paytaxt polisinə müraciət edərək ,11-ci sinif şagirdlərindən birinin sosial şəbəkə hesabında məktəbə silah gətirəcəyini yazdığını bildirib.
Şagird sosial şəbəkə hesabında "tüfəng və güllələri götürməyə gedirəm, sabah məktəbə gəlməyin" sözlərini yazıb.
Məlumata görə, növbəti gün şagird dərsə gəlməyib. Hüquq-mühafizə orqanlarına izahatında şagird qarşılıqsız sevgiyə görə əhvalının pis olduğunu və ingilis dilində mahnıya qulaq asdığını qeyd edib. O, mahnının sözlərini tərcümə edib və bir hissəsini sosial şəbəkədə paylaşıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma başladıb.
xeber.im
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31