Keşişlər 20 uşağı zorladılar
Keşişlər 20 uşağı zorladılar
26 Noyabr 2019 14:33 DünyaArgentina məhkəməsi Mendosa əyalətində Roma katolik kilsəsinin iki keşişinə və sabiq bağbanına yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi istismar və korrupsiya ittihamı ilə hökm oxuyub.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, keşişlər - Nikola Korradi 42 il, Orasio Korbaxo 45 il müddətinə azadlıqdan məhrum edilib. Məktəbin bağbanı Armando Qomes isə 18 il həbsə məhkum olunub.
Hökmdən şikayət verilə bilməz. Onlara qarşı ittiham danışma və eşitmə əngəlli uşaqlar üçün məktəbin 20 şagirdi tərəfindən irəli sürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31