Roma turistlərin Trevi Fontanına axınını məhdudlaşdırmağı planlaşdırır
Roma turistlərin Trevi Fontanına axınını məhdudlaşdırmağı planlaşdırır
26 Noyabr 2019 13:52 DünyaRoma meriyası Trevi Fontanı ətrafındakı meydanda eyni vaxtda olan turistlərin sayının məhdudlaşdırılması imkanlarını müzakirə edir.
Tədbirlərdən biri abidə ətrafında qoruyucu maneə baryeri ola bilməsidi ki, bu da səyahət edənlərin mərmər pilləkanlarda oturmasına və ya suya tullanmasına imkan verməyəcəkdir. Hər ikisi qadağan olunsada, belə hallar tez tez təkrar olunur.
Fontan ətrafında turist sayının məhdudlaşdırmağın ikinci yolu, meydana aparan 5 küçənin hər birinə polis postu qoymaqdır.
Bu cür tədbirlərin məqsədi, memarlığın şah əsərini qorumaqla yanaşı, şəhər qonaqlarını cibgirlərdən, selfi çəkdirmək üçün daha yaxşı yer seçiminə görə qarşıdurmalardan qorumaq və fəvvarə qarşısında qanunsuz ticarət fəaliyyətlərinə son qoymaqdır.
trend.az