Dünyanın ən böyük gəmiqayırma qrupu yaradılıb

Dünyanın ən böyük gəmiqayırma qrupu yaradılıb

Çində dünyanın ən böyük gəmiqayırma qrupu - "China Shipbuilding Group" yaradılıb.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə CCTV məlumat verib.

"China Shipbuilding Group" qrupu ötən ayda Çinin iki ən böyük gəmiqayırma korporasiyasının ("China Shipbuilding Industry Corp." və "China State Shipbuilding Corp.") birləşməsindən sonra yaradılıb.

Korporasiyalarının birləşməsi, "Hyundai Heavy Industries Co", "Daewoo Shipbuilding&Marine Engineering Co" və "Samsung Heavy Industries Co" kimi böyük qruplarla rəqabətdə qalib gəlməyə və sənaye nəhəngini yaratmağa imkan verib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31