Avropa ölkəsində DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi, çox sayda ölü və yaralı var - VİDEO-(YENİLƏNDİ)

Avropa ölkəsində DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi, çox sayda ölü və yaralı var - VİDEO

Albaniyada güclü zəlzələ olub.

Paytaxt Tirananın 34 km şimal-qərbində 6,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Avropa-Aralıq Dənizi Seysmologiya Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 03:54-də baş verən zəlzələ nəticəsində yüzlərlə nəfər xəsarət alıb. Bir nəfərin öldüyü bildirilir

Güclü təkan nəticəsində eləcə də çoxlu sayda yaşayış evlərinin dağıldığı qeyd edilir.

Bundan 9 dəqiqə sonra 5,3 bal gücündə daha bir zəlzələ olub.

Sarsıntılar Yunanıstan, İtaliya, Monteneqro, Bosniya və Hersoqovina, Şimali Makedoniya, Xorvatiya və Serbiyada hiss olunub.

publika.az

Avropada güclü zəlzələ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31