Ağ Evdə daha bir istefa
26 Noyabr 2019 11:01 DünyaAğ Ev rəhbərinin müavini Deniel Uolş istefaya gedib.
28 il dövlət qulluğunda çalışan Uolş istefadan sonra özəl sektora getməyi planlaşdırır.
ABŞ Prezidenti Donald Tramp onu öz komandasının fantastik üzvü kimi dəyərləndirib.
"Ağ Evdə bacarıqlarını inkişaf etdirən bütün şəxslər kimi o da özəl sektorda böyük bir iş təklifini qəbul etdi", - deyə Trampın bəyanatında deyilir.
Onun yerinə kimin gətiriləcəyi hələ ki, məlum deyil.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31