Türkiyənin mövqeləri bombardman edildi – Qorxunc gəlişmə
Türkiyənin mövqeləri bombardman edildi – Qorxunc gəlişmə
26 Noyabr 2019 10:40 DünyaTürkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Serablus və Əl-Bab bölgələrindəki mövqelərinə hava zərbələri endirilib.
Hücumun kim tərəfindən təşkil edildiyi məlum deyil.
Qırıcılar Əl-Əmiriyyə, Əl-Bürc, Ər-Ray və Təhrin qəsəbələrini hədəf alıb.
Livanın "Əl-Məyadin" telekanalı isə hücumda bölgədəki neft müəssisələrinin vurulduğunu iddia edib.
Suriyalı müxaliflər hücumlara görə Rusiyanı ittiham etdiyi halda, türk mediası bunun ABŞ və ya İŞİD terror təşkilatı tərəfindən həyata keçirilməsindən şübhələnir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31