Tiflisə xüsusi təyinatlılar yeridildi, aksiya dağıdıldı

Tiflisə xüsusi təyinatlılar yeridildi, aksiya dağıdıldı

Gürcüstanın xüsusi təyinatlı qüvvələri Tiflisdə parlament binası önündəki etiraz aksiyasını dağıdıb.

Bu barədə məlumatı Rustavi-2 televiziyası yayıb.

Xüsusi təyinatlılar əvvəlcə etirazçılara çadırlarını parlamentin girişindən yığışdırmaq xəbərdarlığı ediblər. Etirazçıların bu xəbərdarlığa məhəl qoymamasından sonra onlar aksiyanı dağıtmağa başlayıblar.

Nəticədə 2 nəfərin xəsarət alıb, 18 nəfər həbs edilib. 

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31