İşsizlikdən bezib həbsxanaya düşmək üçün bankomatlara zərər vurdu

İşsizlikdən bezib həbsxanaya düşmək üçün bankomatlara zərər vurdu

Türkiyədə qəribə hadisə baş verib.

Afyon şəhərində yaşayan Süleyman C. Həbsxanaya düşmək üçün bilərəkdən cinayət törədib.

İşsizlikdən bezən türkiyəli dəmir barmaqlıqlar arxasında yer almaq qərarına gəlib. Süleyman C. ard-arda 5 bankomatı və 3 kameranı sıradan çıxarıb. Afyon sakini bunu qəsdən etdiyini boynuna alıb. Süleyman illərdir iş tapa bilmədiyini, pulsuzluqdan cana doyduğunu söyləyib. Onun yeganə ümidi cinayət sayəsində həbsxanaya düşmək olub. Amma polis Süleymana istəyinə çatmağa imkan verməyib. Şübhəli ifadəsi alınandan sonra sərbəst buraxılıb.

Bizimyol.info 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31