Fransadan BMT-də inqilabi təklif

Fransadan BMT-də inqilabi təklif

Fransa Təhlükəsizlik Şurasının yeni daimi üzvləri kimi Almaniyanın, Braziliyanın, Hindistanın və Yaponiyanın namizədliklərini dəstəkləyir.

BMT Təhlükəsizlik Şurası üzvlərinin sayını 25 dövlətə qədər artırmaq mümkündür.

Bu barədə Fransanın BMT yanında daimi nümayəndəsi Nikolya de River beynəlxalq təşkilatın Baş Assambleyanın tribunasındakı çıxışında deyib.

"Fransa şuranın tərkibinin daimi və qeyri-daimi üzvlər hesabına genişləndirilməsini dəstəkləyir. Fransa həmçinin Təhlükəsizlik Şurasının yeni daimi üzvləri kimi Almaniyanın, Braziliyanın, Hindistanın və Yaponiyanın namizədliklərini dəstəkləyir. Biz həmçinin Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri arasında Afrika ölkələrinin olmasını dəstəkləyirik", - de River deyib.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31