Şok iddia: “İranda aranı o qarışdırıb” – İğtişaşların pərdəarxası

Şok iddia: “İranda aranı o qarışdırıb” – İğtişaşların pərdəarxası

"Vaşinqton İrandakı son iğtişaşlarda iştirak edib".

Bunu amerikalı politoloq Daniel Makadams deyib.

O, İranda baş verənlərin məlum bir sxem və modelinin olduğunu söyləyib:

"Nədənsə, avtomobil yanacağının qiyməti artırılır və bunun əsasında bir neçə böyük şəhərdə etiraz və iğtişaşlar yaranır. Bənzər bir model Amerika siyasi administrasiyasına etiraz edən hökuməti aradan qaldırmaq üçün CIA tərəfindən dəfələrlə sınaqdan keçirilib".

Ekspertin fikrincə, İranda baş verənlər Donald Tramp administrasiyasının əmri ilə həyata keçirilən CIA missiyasının nəticəsidir.

Makadams xatırladıb ki, CIA əməkdaşı Maykl D. Andre"Ayətullah Mayk" kimi tanınır və o, Amerika kəşfiyyatının İran işlərindən məsuliyyət daşıyır.

Ekspert həmin şəxsin dəfələrlə CIA-nın İranla bağlı planlarına cəlb olunub.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31