Türkiyə 4 ədəd F-35 təyyarəsini təslim aldı
Türkiyə 4 ədəd F-35 təyyarəsini təslim aldı
25 Noyabr 2019 18:08 DünyaTürkiyə Milli Müdafiə naziri Hulusi Akar 4 ədəd F-35 təyyarəsinin artıq Türkiyəyə gətirildiyi haqqında açıqlama verib.
Əl Cəzirə televiziyasında "Talk to Al Jazeera" proqramında çıxış edən Hulusi Akar F-35-lərin 4-nü aldıqlarını və 1-nin isə Türkiyəyə gətiriləcəyini qeyd edib.
Həmçinin Akar, S-400 sistemlərinin NATO sistemlərinə inteqrasiya edilməyəcəyini və müstəqil işləyəcəyini də bildirib.
Qeyd edək ki, Türkiyə artıq istismarını başa vurmaqda olan F-16 təyyarələrini əvəzləmək üçün 100 ədəd F-35 təyyarəsi sifariş edib. Türkiyə həmçinin F-35 təyyarələrinin 900-ə yaxın hissənin istehsalçısıdır.
XALQQAZETİ.COM
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31