Türkiyə S-400-lərin sınağını keçirir – İlk dəfə

Türkiyə S-400-lərin sınağını keçirir – İlk dəfə

Türkiyə Rusiyadan satın aldığı S-400 komplekslərinin ilk dəfə sınağını həyata keçirir.

Ankara Valiliyi iki gün ərzində Hava Qüvvələrinə məxsus F-16 qırıcılarının təlim keçəcəyi barədə xəbər yayaraq ictimaiyyəti məlumatlandırıb.

Rəsmi açıqlamada F-16 təyyarələri və digər hava nəqliyyat vasitələrinin sınaq uçuşu həyata keçirəcəyi qeyd edilib.

Müdafiə sənayesi sahəsindəki mənbə "Haber7"yə bildirib ki, sınaq uçuşu S-400 sistemləri ilə bağlıdır. Belə ki, Rusiyadan alınan S-400 zenit-raket kompekslərinin test uçuşu olacaq.

Təhlükəsizlik sahəsi üzrə ekspertlər bildiriblər ki, Ankarada hava müdafiəsinə yönəlik sınaq mərhələsində olan yeganə sistem S-400 kompleksləridir.

Məlumatlara görə, F-16 qırıcıları S-400 sistemlərinin üzərində və çevrəsində uçuş həyata keçirəcək və bununla da radar sistemlərinin sınağı aparılacaq.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31