Fransada terror qurbanlarının beynəlxalq konqresi keçirilib

Fransada terror qurbanlarının beynəlxalq konqresi keçirilib

24 noyabrda Fransada Beynəlxalq Terror Qurbanlarının Konqresi keçirilib.

Olaylar.az xəbər verir ki,  bu barədə Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığı xəbər verib.

Konqresdə Türkiyədən DAİŞ (İŞİD), PKK/YPG və FETO kimi hücumlarda yaxınlarını itirənlər danışıblar.

"PKK"nın Mardin Nusaybində törətdiyi terror aksiyası nəticəsində atasını itirən TRT Kurdi kanalının müxbiri Gülay Dəmir nitqini "Sənin həsrətini çox çəkirəm ata" sözləriylə bitirməsi hər kəsi duyğulandırıb.

"DAİŞ"in Reyna hücumunda yaralanan Dəniz Çelikərin ana və atası 15 iyul 2016-cı ildə "FETO"nun çeviriliş cəhdi zamanında yaralanan polis baş müfəttişi Asim Bulut çıxış edərək Türkiyənin terrordan yaşadığı zülmü ifadə edərək terrorun dünyanın hər yerində artıq bir təhdid halına gəldiyini vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31