Temperatur mənfi 51 dərəcəyə düşdü - Məktəblər bağlandı

Temperatur mənfi 51 dərəcəyə düşdü - Məktəblər bağlandı

Rusiyaya bağlı Saxa Respublikasının Verxoyansk şəhərində dondurucu hava şəraiti hökm sürür.

Ölkənin ən soyuq nöqtələrindən biri olan şəhərdə havanın temperaturu -51 dərəcəyə düşüb.

Hava şəraitinin əlverişsiz olması səbəbilə şəhər miqyasında bütün 1-7-ci siniflər tətilə buraxılıb. Temperatur -55 dərəcəyə düşərsə, bütün məktəblər bağlanacaq.

Qeyd edək ki, Saxa Rspublikasının Verxoyansk və Oymyakon şəhərləri hava temperaturunun -67 dərəcəyə qədər enməsinə görə dünyanın ən soyuq nöqtələri kimi tanınır.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31