İsveç Belarusun adını dəyişdi – səfir təşəkkür etdi

İsveç Belarusun adını dəyişdi – səfir təşəkkür etdi

İsveç Xarici İşlər Nazirliyi rəsmi şəkildə Belarusun adını dəyişdirərək, əvvəlki kimi "Ağ Rusiya" adlandırmağa başlayıb.

Bu məlumatı öz Tvitter səhifəsində İsveçin Xarici İşlər naziri Ann Linde paylaşıb.

"Biz bunu edirik ki, Belarus xalqının, vətəndaş cəmiyyətinin və diasporunun milli identikliyi və ölkənin suverenliyini qeyd etmək arzusunu təsdiqləyək", - deyə o bildirib.

Belarusun İsveçdəki səfiri Dmitri Mironçik artıq İsveç Xarici İşlər Nazirliyinin atdığı addım üçün rəsmi Stokholma təşəkkür edib. (Axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31