Almaniya ŞOKDA: əsrin soyğunu baş verdi
Almaniya ŞOKDA: əsrin soyğunu baş verdi
25 Noyabr 2019 15:04 DünyaAlmaniyanın Drezden şəhərində tarixi "Qreen Vault" muzeyindən dəyəri 1 milyard avro olan oğurluq edilib.
Bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, oğrular muzeydən bahalı eksponatları və tarixi əsərləri oğurlayıblar. Oğurlanan eksponatların dəyəri 1 milyard avro civarında qiymətləndirilir.
Soyğun səhər saat 05:00 radələrində gerçəkləşib. Oğrular əvvəlcə muzeyin işıqlarını kəsib, daha sonra şüşəni qıraraq içəri daxil olublar. Soyğunu həyata keçirəndən sonra lüks avtomobillərdə qaçdıqları deyilir.
Qeyd edək ki, "Qreen Vault" muzeyində Avropanın ən böyük xəzinə kolleksiyası saxlanılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31