Yaşlı qadın evinin hamamında 8 gün yeməksiz qaldı

Yaşlı qadın evinin hamamında 8 gün yeməksiz qaldı

İngiltərənin Lafboro şəhərində yaşayan 75 yaşlı qadın öz evinin hamam otağından 8 gün çıxa bilməyərək ac qalmalı olub.

Bu barədə "The Mirror" yazır.

Bağlı qapı arxasında qalan yaşlı qadın yalnız krant suyu içərək sağ qalıb.

Belə ki, noyabrın 20-də qadının görünmədiyindən nigaran qalan qonşuları polisə müraciət ediblər. Ünvana gələn polis əməkdaşları qapını sındıraraq evə daxil olub və qadını hamam otağından çıxarıblar.

Hadisə yerinə yetişən həkimlər onu xəstəxanaya yerləşdiriblər. Qadın acından əziyyət çəksə də, ümumi vəziyyəti normal olub.

big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31