Jurnalistlərin araşdırmasından sonra Bişkekdə mitinq başlayıb

Jurnalistlərin araşdırmasından sonra Bişkekdə mitinq başlayıb

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərindənin mərkəzindəki "Ala-Too" meydanında mitinq başlayıb.

Olaylar.az bildirir ki, bu barədə RİA "Novosti" məlumat verib.

Aksiyaya səbəb jurnalistlərin gömrükdə "boz sxemlər"lə bağlı araşdırması olub.

Belə ki, jurnalistlərin hesablamalarına görə, korrupsioner məmurların bir neçə illik fəaliyyətindən dəymiş zərər yüz milyonlarla dollar təşkil edib.

Hazırda etiraz aksiyasında təqribən 200 nəfər iştirak edir. Onlar hökumətdən korrupsiyaya qarşı mübarizəni gücləndirməyi və korrupsianer məmurları həbs etməyi tələb edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31