Rusiyada şaxtada yanğın olub: 2 nəfər itkin düşüb
Rusiyada şaxtada yanğın olub: 2 nəfər itkin düşüb
25 Noyabr 2019 13:12 DünyaRusiyanın Komi respublikasında yerləşən kömür şaxtasında yanğın baş verib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
İlkin məlumata görə, hadisə zamanı şaxtada 45 nəfər olub ki, onlardan 33 nəfəri ərazidən çıxarılıb, 9 nəfər isə şaxtada təhlükəsiz ərazidədir.
Hadisə nəticəsində 3 nəfər fəhlə itkin düşüb, artıq onlardan bir nəfəri sağ tapılıb. Hazırda xilasedicilər tərəfindən itkin düşmüş 2 nəfərin axtarışı aparılır.
Qeyd olunub ki, yanğın iki min kvadratmetr sahədə lokallaşdırılıb.
Yanğının nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31