Komissiya qərar verd: 8 TV, 5 radio qapadıldı
Komissiya qərar verd: 8 TV, 5 radio qapadıldı
25 Noyabr 2019 11:42 Dünyaİraqda 8 televiziya, 5 radio qapadılıb.
Bu barədə İraq Milli Əlaqə və Media Komissiyası qərar qəbul edib.
Qərara səbəb TV və radioların peşə fəaliyyəti şərtlərinə əməl etməməsini göstərib.
Bununla da Səudiyyə Ərəbistanlı mərkəzli Əl-Hades, Livan mərkəzli ANB, İraq Kürd Muxtariyyətində yayımlanan NRT televiziyası, Dicle, Əş-Şarkiyyə, Əl-Fallucə, Ər-Rəşid və "Burası Bağdad" televiziya kanallarının ofislərinin 3 ay müddətinə qapadılması nəzərdə tutulur.
Komissiya eyni zamanda ABŞ mərkəzli "Əl-Hurra İraq" və "Sava" radioları, həmçinin yerli "Radio ən-Nas", "Bugün" və "Nava" radiolarının ofislərinin də bağlayıb.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31