Ərəb milyonçu Hitlerin əşyalarını alaraq İsrailə hədiyyə etdi
Ərəb milyonçu Hitlerin əşyalarını alaraq İsrailə hədiyyə etdi
25 Noyabr 2019 11:19 Dünyaİsveçrədə yaşayan livanlı biznesmen Abdalla Şatila Adolf Hitlerin şəxsi əşyalarını alaraq onları İsrailə hədiyyə edib.
Milyonçu əşyaları "Keren ha-Yesod" təşkilatına təklif edib.
Şatilanın sözlərinə görə, o Almaniyada keçirilən qalmaqallı hərracda bu əşyaları alaraq onların neonasistlərin əlinə düşməsinin qarşısını alıb.
"Ultrasagçı populizm və antisemitizm Avropada yayılmaqdadır. İstəməzdim ki, bu əşyalar çirkin niyyətli insanların əlinə düşsün", deyə livanlı milyonçu bildirib.
Ümumilikdə 10 lota biznesmen 545 min avro xərcləyib. Əşyaların içində Hitlerin papağı, portsiqarı, çap maşinkası, eləcə də "Mein Kampf" əsərinin gümüşü nəşri vardır.
"The Times of Israel"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31