Hizbullah dinc etirazçılara hücum etdi

Hizbullah dinc etirazçılara hücum etdi

Livanın Hərəkət Amal və Hizbullah şiə partiyalarının yüzlərlə tərəfdarı Beyrutun mərkəzində iğtişaşlar törədib.

Olaylar.az  xəbər verir ki, Livan mediası şiə partiyaları nümayəndələrinin Beyrutdakı dinc nümayişçilərin çadır düşərgələrini dağıtmağa çalışdığını yazıb. Nəticədə tərəflər arasında toqquşma yaşanıb. Polis toqquşmaya mane olmağa cəhd göstərsə də, şiə partiyaları nümayəndələrinin qarşısını almaq mümkün olmayıb.

Toqquşmaya səbəb kimi etirazçıların Hizbullah və şiə liderlərdən birini təhqir etməsi göstərilir.

Hazırda Beyrutun mərkəzi küçələrinin tam olaraq ordu və təhlükəsizlik qüvvələrinin nəzarətinə keçdiyi vurğulanıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31