Bu ölkədə general həbs edildi
Özbəkistan Daxili İşlər Nazirliyi Qarovul Qoşunlarının komandanı, general-mayor Dmitri Pan və istintaq təcridxanasının altı əməkdaşı vəzifəsindən azad edilərək həbs olunub.
25 Noyabr 2019 10:34 DünyaÖzbəkistan Daxili İşlər Nazirliyi Qarovul Qoşunlarının komandanı, general-mayor Dmitri Pan və istintaq təcridxanasının altı əməkdaşı vəzifəsindən azad edilərək həbs olunub.
Özbəkistan Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verilir ki, Dmitri Pan vəzifədən sui-istifadə maddəsi ilə istintaqa cəlb edilib.
Dmitri Panın və digər saxlanılanların işini Daşkənd şəhərinin hərbi prokurorluğu aparır.
Daxili işlər nazirinin müavini Muxiddin Curayev də işdə verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31