Konqoda təyyarə qəzası - 29 ölü
Konqoda təyyarə qəzası - 29 ölü
25 Noyabr 2019 10:09 DünyaKonqo Demokratik Respublikasının (KDR) Qoma şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
Olaylar.az xəbər verir ki, xilasedicilər təyyarənin qalıqları altından 29 nəfərin meyitini çıxarıblar, onlardan 7-si bir ailənin üzvləri olublar.
Qeyd edilir ki, qəza nəticəsində həmçinin 16 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31