Müxalifət Acariya parlamentinin qapısına qıfıl vurdu
Müxalifət Acariya parlamentinin qapısına qıfıl vurdu
23 Noyabr 2019 17:57 DünyaBatumidə Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının nümayəndələri Acariya Ali Şurasının qapılarına qıfıl asıblar.
Bu məlumatı Gürcüstan mətbuatı yayıb.
Məlumata görə, müxalifət bununla seçki reformlarının qarşısının alınmasına, eləcə də Acariya parlamentinin deputatı Elquce Baqrationun həbsinə etiraz ediblər.
Etiraz aksiyasının təşkil olunduğu ərazidə Gürcü Arzusu Partiyasının fəalları ilə müxalifətçilər arasında toqquşma da yaşanıb.
Həmçinin, bütün Gürcüstan ərazisində etirazlar baş tutub. Belə ki, hakim partiyanın deputatlarının evləri qarşısında müxalifət Acariyadakına oxşar etirazlar təşkil ediblər.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31