Xəstəxana borclu ailənin uşağının meyitini “girov” götürdü - VİDEO
Xəstəxana borclu ailənin uşağının meyitini “girov” götürdü - VİDEO
22 Noyabr 2019 17:57 Dünyaİndoneziyanın Padanq şəhərində altı aylıq Əlif Putr limfa vəzilərinin infeksiyası əməliyyatı zamanı ölüb.
Həkimlər uşağın meyitini valideynlərinə verməyiblər.
Buna valideynlərin maddi vəziyyətləri çətin olduğundan xəstəxana xərclərini ödəməməsi səbəb olub.
Nəticədə, uşağı ölən atanın iş yoldaşları xəstəxanaya hücum edib və uşağı morqdan çıxarıblar.
Bu hadisə telefon kamerasına çəkilərək internetdə yayılıb.
"Hürriyet"in verdiyi xəbərə görə, əvvəl polis çağıran xəstəxana rəhbərliyi videogörüntülərin yayılmasından sonra ailədən üzr istəyib və onların borclarını silib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31