Afrika Birliyindən İngiltərəyə tələb: Adalardan çəkil!
Afrika Birliyindən İngiltərəyə tələb: Adalardan çəkil!
22 Noyabr 2019 17:52 Dünyaİngiltərə Mavrikiyə aid olan Çaqos adalarındakı müstəmləkə rejiminə son qoymalı və bölgədən çəkilməlidir.
Olaylar.az xəbər verir ki, bunu Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd deyib. O, İngiltərənin BMT-nin qətnamələrini pozduğunu deyərək, bölgədəki müstəmləkə rejimindən narahat olduğunu bildirib.
Bölgənin müstəqilliyinə qovuşması üçün Mavrikiyə dəstək verəcəyini deyən təşkilat sədri İngiltərəyə çəkilməsi üçün verilən 6 aylıq müddətin bu gün başa çatdığını söyləyib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 22 mayda İngiltərədən 6 ay ərzində Çaqos adalarını Mavrikiyə təhvil verməsini tələb etmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31