Krımla Türkiyə arasında əlaqə bərpa edildi
Krımla Türkiyə arasında əlaqə bərpa edildi
22 Noyabr 2019 17:48 DünyaRusiyanın Cənub Regional İxraca Dəstək Mərkəzinin direktoru Natalya Serova 2017-ci ildən dayandırılmış Krım və Türkiyə arasında bərə xidmətlərinin bərpa edildiyini açıqlayıb.
O bunu Krım Dövlət Şurasının iqtisadi siyasət, sənaye və sahibkarlığın inkişafı ilə bağlı iclasında çıxışı zamanı deyib:
"İndicə Zonquldaq-Kerç bərəsini işə saldığımıza dair təsdiq aldım... Həftədə bir dəfə, müntəzəm tədarüklər".
Onun sözlərinə görə, ikinci yükün rəsmiləşdirilməsi gedir.
2018-ci ilin avqust ayında Krımın Türkiyə ilə bərə əlaqəsi qurmaq niyyətində olduğu açıqlanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31