İki gündür davam edən iğtişaşlarda 115 nəfər saxlanılıb
İki gündür davam edən iğtişaşlarda 115 nəfər saxlanılıb
22 Noyabr 2019 17:02 DünyaKolumbiyanın qərbindəki Kali şəhərində ötən gün başlayan iğtişaşlar zamanı 115 nəfər saxlanılıb, 97 nəfər xəsarət olub.
Olaylar.az RİA "Novosti"yə istinadən bildirir ki, bu barədə ölkə polisinin sözçüsü Uilyam Ruis məlumat verib.
Şəhərdə həmçinin 56 talan faktının qeydə alındığı, 19 avtobusun və 5 avtobus dayanacağının dağıdıldığı da bildirilib.
Qeyd edək ki, Kolumbiyanın müxtəlif şəhərlərində 207 minədək sakinin iştirakı ilə etiraz aksiyaları və bəzi yerlərdə iğtişaşlar baş verir.
İğtişaş və aksiyalara səbəb prezident İvan Duk hökumətinin apardığı iqtisadi islahatlara, işsizliyə, təhlükəsizliyin zəifləməsinə qarşıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31