“Victoria’s Secret” imtina etdi – Məşhur brendin reytinqi düşüb
“Victoria’s Secret” imtina etdi – Məşhur brendin reytinqi düşüb
22 Noyabr 2019 17:01 Dünya"Victoria's Secret Fashion Show" şousu artıq dayandırılıb.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə "Fortune" jurnalının məlumat verib.
Məlumata görə, şounun dayandırılmasına səbəb məşhur brendin satışlarının azalıb reytinqinin aşağı düşməsidir.
Belə ki, şou 25 illik tartixi boyunca keçən il ən az dəyər qazanıb.
Şirkətin maliyyə hesabatında deyilir ki, iyul-sentyabr ayları üzrə brendin satışları keçən ilin analoji müddəti ilə müqayisədə 7% azalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31