Pompeo istefaya gedir? – Ağ Evi qarışdıran iddiaya cavab

Pompeo istefaya gedir? – Ağ Evi qarışdıran iddiaya cavab

"ABŞ Dövlət katibi Mayk Pompeonun Konqresə keçiriləcək seçkilərdə iştirak etmək üçün istefa verəcəyi məlumatı həqiqəti əks etdirmir".

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus deyib.

Ortaqus bu barədə Pompeo ilə şəxsən danışdığını bildirib:

"Dövlət katibi ilə danışdım və xəbərin tamamilə yanlış olduğunu dedi. Öz işinə fokuslanıb".

Dünən "Taym" nəşrində ABŞ Dövlət katibi Mayk Pompeonun istefa verəcəyi, gələn ilki seçkilərdə iştirak edəcəyi barədə məlumat yayılmışdı. Nəşr onun bu qərarını ABŞ Prezidenti Donald Trampla münasibətlərində yaranmış problemlərlə əlaqələndirmişdi.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31