BVF-dən şok: Dünya 700 milyard dollar itirəcək

BVF-dən şok: Dünya 700 milyard dollar itirəcək

2020-ci ildə beynəlxalq ticari-iqtisadi ziddiyyətlər və ayrı-ayrı ölkələrin proteksionizmi ucbatından qlobal ümumdaxili məhsulun itkiləri 700 milyard dollar təşkil edəcək.

Bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva deyib.

"Dünya iqtisadiyyatının 2019-cu ildə artımı 3% təşkil edəcək. Bu, son onilliyin minimal dinamikası olacaq. Beynəlxalq arenada qeyri-müəyyənliyin güclənməsinə gətirib çıxaran ticari ziddiyyətlər açar rolunu oynayıb. Qlobal ÜDM-nin itkiləri 2020-ci ildə 700 milyard dollar təşkil edəcək", - deyə o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31