"Tramp Kim Çenin istədiyi hər şeyi ona verdi" - Baydendən sərt sözlər

"Tramp Kim Çenin istədiyi hər şeyi ona verdi" - Baydendən sərt sözlər

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd, keçmiş vitse-prezident Co Bayden ABŞ-ın hazırkı prezidenti Donald Trampı KXDR lideri Kim Çen İnla görüşdüyünə görə tənqid edib.

Olaylar.az  xəbər verir ki, C.Bayden bunu teledebat zamanı deyib.

"O, Kim Çen İnla görüşərək Şimali Koreyanın istədiyi hər şeyi onlara verdi. Onların legitimliyini təmin etdi", - deyə Bayden qeyd edib.

Bayden KXDR nümayəndələrinin ABŞ-ın hazırkı prezidenti haqda dedikləri "çubuqla döyülməli olan quduz it" sözünü xatırladıb. Amerikalı siyasətçi zarafatla əlavə edib ki, bu məqam istisna olmaqla Kim Çen In onun xoşuna gəlir.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31