Siçovullar estoniyalıları internetsiz qoydu

Siçovullar estoniyalıları internetsiz qoydu

Estoniya əhalisi ötən gün saat 16:30-dan etibarən kabel zədələnməsi səbəbiylə dövlət elektron xidmətindən məhrum ediliblər.

"eesti.ee" dövlət portalı bütün ölkə ərazisində fəaliyyətini dayandırıb və Dövlət İnformasiya Sistemi (RIA) İdarəsi tərəfindən göstərilən xidmətlər dayandırılıb.

RIA-nın Mətbuat xidmətindən bildirilib ki, buna Tallinn şəhəri yaxınlığındakı Haryumaa mahalındakı fiber- optik kabeli dişləyən siçovullar səbəb olub.

Məlumata görə, əsas təmir işləri saat 20:00-dan sonra başa çatacaq, lakin bütün şəbəkədəki problemlərin nə zaman həll ediləcəyi hələlik bəlli deyil.

qafqazfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31