"Boko Haram"ın bir neçə lideri məhv edildi
"Boko Haram"ın bir neçə lideri məhv edildi
21 Noyabr 2019 10:44 DünyaNigeriya Hərbi Hava Qüvvələri (NAF) noyabrın 20-də ölkənin şimal-şərqindəki Borno əyalətində terror qruplaşması "Boko Haram"ın yığıncaq yerlərindən birinin məhv etdiyini bəyan edib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, əməliyyat zamanı "Boko Haram"ın bir neçə liderinin öldürülməsi də xəbər verilir.
"NAF"ın rəsmisi İbikunle Daramola silahlıların qaçmaq istəyərkən öldürüldüyünü və hava zərbələri nəticəsindədə qəsəbənin bir hissəsinin məhv edildiyini bildirib. İ.Daramola yerüstü qüvvələrlə əməkdaşlıq edərək, "Boko Haram" terrorçularının qalıqlarını məhv etməyə davam edəcəklərini deyib.
"Boko Haram" qruplaşması Nigeriyanın şimal-şərqindəki hərbi hədəflərə hücumlarda, yüzlərlə insanın ölümündə və minlərlə insanın didərgin düşməsində günahlandırılır.