İtaliyada fişəng fabrikində partlayış - 4 ölü, 2 yaralı - VİDEO

İtaliyada fişəng fabrikində partlayış - 4 ölü, 2 yaralı - VİDEO

İtaliyanın Siciliya adasında pirotexnika anbarında baş vermiş partlayış nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə "La Republica" qəzeti xəbər verib.

İnsident Messina əyalətinin Barçellona-Potstso-di-Qotto yaşayış məntəqəsində baş verib. Anbar fişəng istehsalı ilə məşğul olan özəl şirkətə məxsusdur.

Ölənlər arasında şirkət sahibinin arvadı, yaralılar arasında isə onun oğlunun olduğu qeyd edilir. Daha bir nəfər itkin düşüb.

Hadisənin təfərrüatları aydınlaşdırılır.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31