Marşal Jukovun abidəsi təhqir edildi – Xarkovda
Marşal Jukovun abidəsi təhqir edildi – Xarkovda
20 Noyabr 2019 17:57 DünyaSovet İttifaqı marşalı Georgi Jukovun Xarkovdakı abidəsi təhqir edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin vilayət idarəsi məlumat yayıb.
Mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxslər postamentə qırmızı boya töküblər.
Qeyd olunur ki, hadisə yerində əməliyyat-istintaq qrupu işləyir və abidəyə ziyan vurma faktı ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə barədə internet vasitəsilə xəbər tutduqları da bildirilir.
Bundan əvvəl Odessada marşal Jukovun xatirə lövhəsinə boya çəkilmiş, memoriala "cəllad" sözü yazılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31