Britaniya ruslara viza verməkdən imtina etdi
Britaniya ruslara viza verməkdən imtina etdi
20 Noyabr 2019 17:51 DünyaBöyük Britaniya rəsmiləri iki rus jurnalistə viza verməkdən imtina ediblər.
Bu məlumatı Rusiya Xarici İşlər Nazirliyi də təsdiqləyib.
"Rusiya Xarici İşlər Nazirliyi İngiltərə hakimiyyət orqanlarının bu ölkədə işləmək üçün iki rus jurnalistə viza verməkdən imtina etməsi faktını təsdiqlədi", - RİA Novosti xəbər verir.
Bundan əvvəl agentliyə yaxın mənbə 2019-cu ildə Londonun bir neçə rus jurnalistinə viza verməkdən imtina etdiyini söyləmişdi. Söhbət İngiltərəyə xüsusi müxbir işləmək üçün gedən jurnalistlərdən gedir. İyul ayında isə İngiltərə Xarici İşlər Nazirliyi media azadlığı mövzusunda konfransda iştirak üçün "RT" kanalına akkreditasiya verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31