“Amerikanın Türkiyəyə qarşı kürd planı...” – Rus politoloq

“Amerikanın Türkiyəyə qarşı kürd planı...” – Rus politoloq

"Rusiya Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır, bu da öz növbəsində Türkiyənin maraqlarına uyğundur".

Bunu rusiyalı politoloq Yuliya Kudryaşova deyib.

Ekspertin sözlərinə görə, Rusiyadan fərqli olaraq, ABŞ Suriyanın neft yataqlarına nəzarət etmək üçün bölgədə kürd muxtariyyətinin qurulmasını istəyir:

"Bu yataqlar kürd icmasının kompakt yaşadığı bölgədə yerləşir. Əgər muxtariyyət əldə edilsə, bu, Türkiyənin milli təhlükəsizliyinə təhdid deməkdir. Buna görə də Ərdoğan Moskva ilə əməkdaşlığı çox yüksək qiymətləndirir".

Kudryaşova ABŞ-ı kürdlər vasitəsilə Suriyanı parçalamağa cəhd etməkdə ittiham edib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31