Hər şey İvanişvilinin “ağlına” görədir - Burcanadze

Hər şey İvanişvilinin “ağlına” görədir - Burcanadze

Gürcü Arzusuna qarşı fəaliyyətdə müxalif liderlər xarici siyasət məsələlərinə toxunmamaq barədə razılaşıblar.

Bunu "İzvestiya" qəzetinə müsahibəsində Gürcüstanın keçmiş spikeri Nino Burcanadze deyib. O, ölkədəki etirazlarda Moskvanın əlinin olmadığını bildirib:

"Mitinqlərin Rusiyaya aidiyyəti yoxdur. Hazırda mitinqlərdə heç bir antirusiya və ya digər xarici siyasət şüarı səslənmir. Bir sözlə, etirazlarda nə Moskva, nə də Vaşinqtonun əli var. Hər şey İvanişvilinin axmaqlığı ucbatından baş verir".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31