Hitlerin evi ilə bağlı şok qərar – Foto
Hitlerin evi ilə bağlı şok qərar – Foto
20 Noyabr 2019 14:18 DünyaAlman diktator Adolf Hitlerin 1889-cu ildə Avstriyadakı Braunanu-Na-İnn şəhərində doğulduğu ev polis idarəsinə çevriləcək.
Bu barədə Avstriya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Avstriya Konstitusiya Məhkəməsi 2017-ci ildə bu evin müsadirə edilməsini təsdiqləyib. Məlumata görə, evi məhkəmə yolu ilə sahibindən alan Avstriya hökuməti bu addımı vaxtilə Hitlerin yaşadığı binanın nasistlər üçün ziyarət yerinə çevrilməsindən ehtiyat etdiyi üçün atıb.
Evin keçmiş sahibinə 812 min avro təzminat ödənilib.
"Evin gələcəkdə polis tərəfindən istifadəsindən sonra artıq bu bina nasizmi xatırlatmayacaq", - Avstriyanın daxili işlər naziri Volfqanq Peşorn deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31