Bakıda itkin düşən 21 yaşlı qız Rusiyada tapıldı
Bakıda itkin düşən 21 yaşlı qız Rusiyada tapıldı
20 Noyabr 2019 13:52 DünyaBakıda itkin düşən qız tapılıb.
1998-ci il təvəllüdlü Hümbətova Elnarə Elxan qızı oktyabrın 27-də Bakının Sabunçu rayonu, Şuşa şəhərciyində yaşayan xalasının evinə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətova Rusiya Federasiyasına gedib.
Araşdırmalar davam etdirilir. (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31